Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah al Hanzab ilə görüş keçirilib.
 
Unikal.org xəbər verir ki, görüş zamanı Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.