Noyabrın 29-da İsveçrənin Nyon şəhərində futbol üzrə 17 və 19 yaşadək qızlardan ibarət milli komandalar arasında final mərhələsi 2021-ci ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Unikal.org AFFA-ya istinadən xəbər verir ki, püşkə əsasən, U-17 millimiz ikinci qrupda Almaniya, Belçika və Malta yığmaları ilə birgə mübarizə aparacaq.

U-19 yığmamız isə yeddinci qrupda yarışacaq. Millimizin rəqibləri Belçika, İsveç və Kipr komandaları olacaqlar.

Qeyd edək ki, U-17-nin qrup oyunları gələn il sentyabrın 1-dən 10-dək Maltada, U-19-un görüşləri isə oktyabrın 19-dan 27-dək Belçikada keçiriləcək.