Hollandiyanın "Vitess" klububunun baş məşqçisi Leonid Slutski istefa verib. 

Unikal.org-un məlumatına görə, 48 yaşlı rusiyalı mütəxəssis çempionatın 15-ci turunda "Herenven"ə 2:3 hesabı ilə uduzduqları matçdan sonra komandadan ayrıldığını açıqlayıb. 

Qeyd edək ki, Leonid Slutski 2018-ci ilin yayından komandaya rəhbərlik edib. "Vitess" ötən mövsüm onun rəhbərliyi altında Hollandiya çempionatında 5-ci yeri tutub. Slutski 2015 - 2016-cı illərdə Rusiya yığmasında çalışıb.