Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Bounyanq Voraçitə məktub ünvanlayıb. 

Unikal.org xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və firavanlıq arzulayıram".