Xəbər verdiyimiz kimi, noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş Naziri hörmətli Giorgi Qaxariya, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü cənab Şefik Caferoviç, Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviç, nazirlər, səfirlər, enerji ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. 

Bu tədbirdə də İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan səmimi görüntülərlə yadda qalıblar.