Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 42-ci kilomertliyində qeydə alınıb

Belə ki, “Lexus” markalı “10 00 325” dövlət nömrə nişanlı avtomobillə “Hyundai” markalı “90 ZV 032” və “Mercedes” markalı “99 GS 623” dövlət nömrə nişanlı maşınlar toqquşub. Qəza zamanı 10 nəfərə yaxın insan xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.