Şəmkirdə yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Şəmkir rayon sakinləri - 2018-ci il təvəllüdlü Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm oğlu, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-cü il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızıdır. 

xxx

21:19

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Vaz-21011"lə "Pajero" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza zamanı "Vaz-21011"də olan bir ailənin 5 üzvü ölüb, 1 nəfər yaralanıb.

Faklta bağlı araşdırma aparılır.