Bakının Xəzər rayonunda yanğın olub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 185 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Sexin qalan hissəsi və içərisində olan 3 minik avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.