Bu gün Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycana səfərə gələcək.

Unikal.org xəbər verir ki,  nazir 2-3 dekabr tarixlərində Bakıda olacaq. Səfər çərçivəsində Lavrov Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Xarici işlər naziri E.Məmmədyarovla danışıqlar zamanı ölkələr arasında ikitərəfli əməkdaşlığın əsas məsələlərinin müzakirə olunması planlaşdırılır. Dağlıq Qarabağ tənzimlənməsi də daxil olmaqla beynəlxalq və regional məsələlərə dair geniş fikir mübadiləsi aparılacaqdır.