Şamaxıda ikimərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun Şəhriyar qəsəbəsində ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 300 m² olan zalın döşəməsi 20 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.