Bugün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda “Port Castle” MMC-nin abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi (İP TV) yayımı üçün lisenziya alınması barədə müraciəti müzakirə olunub.

Şirkətə müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.