Fransalı rəssam Pol Qogenin “Qalın ağac” (Te Bourao II) əsəri Parisdə keçirilən hərracda 9,5 milyon avroya satılıb.

Unikal.org xəbər verir ki, rəsm adı açıqlanmayan beynəlxalq kolleksiyaçı tərəfindən alınıb.

Qeyd edək ki, P.Qogenin digər rəsmləri dünyanın aparıcı muzeylərində, xüsusən də Ermitaj və Orse muzeyində nümayiş olunur.