Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

166 saylı marşrut avtobusunun sürücüsü piyadanı - 1994-cü il təvəllüdlü Zeyniyev Elton Oqtay oğlunu döyərək xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Ona burnunun sınığı, üzün əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.