Bakıda avtomobil mağazaya çırpılıb.

Unikal.org "baku.ws"-ə istinadən xəbər verir ki, hadisə noyabr ayında baş verib. Sahil qəsəbəsində baş verən qəzanın görüntüləri isə indi yayılıb.

Baş verən qəza mağazanın müşahidə kamerasına düşüb. Videodan göründüyü kimi “Nissan X-Trail" markalı, 90 ZM 379 nömrə nişanlı minik maşını sürətlə geyim mağazasına girib.

Nəticədə mağaza dağılıb, maşına isə ziyan dəyib.

Xoşbəxtlikdə qəza zamanı mağazada və maşında olan insanlara zərər dəyməyib.

Hadisənin görüntülərini təqdim edirik.