"Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktoru Habil Vəliyev azadlığa buraxılıb.

Unikal.org xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar çıxarıb.

H.Vəliyev saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Habil Vəliyev Bakı Ağır Cinayətlərə Dair Məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu il Dekabrın 5-də onun cəza çəkmə müddətinin 3 ili tamam olub.