Lənkəran şəhərinin Səpnəkəran kəndində ev yanıb.

Unikal.org FHN-nin sayıtına istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 38 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.