Türkiyədə zorla fahişəliyə cəlb edilən azərbaycanlı qadınlar polisin keçirdiyi əməliyyat zamanı xilas edilib.

Unikal.org xəbər verir ki, Antaliyanın polis əməkdaşları Finike, Kumluca və Almalı rayonlarında 14 ünvana eyni vaxtda fahişəliyə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı 12 şübhəli şəxs saxlanılaraq, məhkəmənin hökmü ilə həbs olunub. 

Zorla fahişəlik etdirilən 1-i Türk, 2-i Gürcüstan və 3-ü də Azərbaycan əsilli 6 qadın qurtarılıb.