Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Volkswagen Sharan" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb. 

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilb. Bu zaman nəqliyyat vasitəsinin qapısında bir ədəd kağıza bükülü, ümumi çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.