Növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. 

Unikal.org-un məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Təqvim Planına əsasən, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat 2020-ci il 17 yanvarda başlayacaq, 2020-ci il 8 fevral saat 8.00-da başa çatacaq.

Azərbaycanda parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır.