Bakıda minik avtomobili yanıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, paytaxtın Səbail rayonunda "Volkswagen" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.