Türkiyədə daha bir qadın şiddətə məruz qalıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ordu şəhərində baş verən hadisədə gənc qız küçədə sevgilisi tərəfindən döyülüb. Döyülən qız isə ona şiddət göstərən şəxsin İsmət T. olduğunu və onunla 1 ildir sevgili olduqlarını bildirib. O, öz ifadəsində “Yolda gedərkən bir oğlana baxdım və İsmət qısqandığı üçün məni döydü. Şikayətçi deyiləm” deyib. Hər kəs onun bu qərarına təəccüblə yanaşıb.

Qızın atası isə qızının döyüldüyü görüntüləri sosial şəbəkədə gördükdən sonra şikayətçi olub.