Qazax rayonunda xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.

Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, Daş Salahlı kənd marşrut xətti üzrə işləyən mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində "VAZ"-ın sürücü, 1967-ci il təvəllüdlü Lətif Dünyamalıyev xəsarət alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.