İsmayıllıda yol qəzası baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunda baş verib. İlkin məlumatlara görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər hadisə yerində  ölüb, üç nəfər ağır yaralanıb. Xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada daha bir ölüm hadisəsi baş verib. Belə ki, yaralılardan birinin qohumu qəzada oğlunun öldüyünü zənn edərək infarkt keçirib. Xəbəri qəfil eşidən və ürək xəstəsi olan kişinin həyatını xilas etmək mümkün olmayıb.