Bu gün Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Qusar şəhəri, Sahil küçəsi, ev 30 ünvanında baş verib.

2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin  hamam otağında dəm qazından zəhərlənib. 15 yaşlı qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.