Bakıda bacı və qardaşı bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılıb.

Binəqədi RPİ-də araşdırma aparılır. 

*** 09:52

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Report"a istinad'n xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

2001-ci il təvəllüdlü Qırxlarova Ayşən Əbil qızı və qardaşı, 1994-cü il təvəllüdlü Mənsimov İlkin Əbil oğlu yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar.

Yaralılar təcili yardimin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.