Türkiyənin Şırnak şəhərinin İdil qəsəbəsində bomba partlayıb.

Unikal.org “Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terrorçuları tərəfindən yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 nəfər ölüb , 7 nəfər yaralanıb.

Hadisə təhlükəsizlik qüvvələri bombanı zərərsizləşdirməyə çalışarkən baş verib.

Verilən rəsmi məlumatlara görə, şəhərdə terrorla mübarizəyə qarşı əməliyyatlar davam etdirilir.