ABŞ-ın hava yolları şirkəti ilə San Fransiskodan Atlantaya səfər edən sərnişinin başına bədbəxt hadisə gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təyyarəyə necə girdiyi məlum olmayan əqrəb sərnişini sancıb. Belə ki o, uçuş zamanı ayağında ağrı hiss edib və tualetə getdikdə əqrəb sərnişinin şalvarından çıxaraq onu sancıb. Təyyarədə olan tibbi personal lazımi tibbi müdaxilə edib və təyyarə işçiləri əqrəbi tutaraq onu qutuya qoyublar. 

Əqrəbin sancdığı sərnişin təyyarə endikdən sonra xəstəxanaya aparılıb. Əqrəbin təyyarəyə hər hansı bir çantada və ya çemodanda girdiyi ehtimal olunur.