Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start veriləcək.

Unikal.org xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. Əvvəlcə E qrupunun oyunları oynanılacaq. “Zalsburq” “Liverpul”u qəbul edəcək. İngiltərə təmsilçisinin növbəti mərhələyə yüksəlməsi üçün heç-heçə də kifayət edir. Qrupun digər oyununda “Napoli” “Genk”i sınağa çəkəcək. Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv qələbə qazanacağı halda, növbəti mərhələyə vəsiqə qazanacaq.

H qrupunda “Çelsi” “Lill”i, “Ayaks” isə “Valensiya”nı qəbul edəcək. F qrupunda növbəti mərhələyə yüksəlməyi təmin edən “Barselona” “İnter” səfərinə yollanacaq. “Neradzurra” pley-off mərhələsinə yüksəlmək üçün Kataloniya təmsilçisini məğlub etməlidir.

Sabah keçiriləcək 8 qarşılaşma ilə ÇL-də qrup mərhələsinə yekun vurulacaq.

Çempionlar Liqası, qrup mərhələsi, 6-cı tur

10 dekabr

E qrupu

21:55 Napoli (İtaliya) – Genk (Belçika)
21:55 Zalsburq (Avstriya) – Liverpul (İngiltərə)

 

H qrupu

00:00 Ayaks (Niderland) – Valensiya (İspaniya)
00:00 Çelsi (İngiltərə) – Lill (Fransa)

 

F qrupu

00:00 İnter (İtaliya) – Barselona (İspaniya)
00:00 Borussiya (Dortmund, Almaniya) – Slaviya (Çexiya, Praqa)

 

G qrupu

00:00 Benfika (Portuqaliya) – Zenit (Rusiya)
00:00 Leyptsiq (Almaniya) – Lion (Fransa)

 

11 dekabr

C qrupu

21:55 Dinamo (Zaqreb, Xorvatiya) – Mançester Siti (İngiltərə)
21:55 Şaxtyor (Donetsk, Ukrayna) – Atalanta (İtaliya)

 

D qrupu

00:00 Atletiko (İspaniya) – Lokomotiv (Moskva, Rusiya)
00:00 Bayer (Leverkuzen, Almaniya) – Yuventus (İtaliya)

 

B qrupu

00:00 Bavariya (Almaniya) – Tottenhem (İngiltərə)
00:00 Olimpiakos (Yunanıstan) – Srvena Zvezda (Serbiya)

 

A qrupu

00:00 Brügge (Belçika) – Real (İspaniya)
00:00 PSJ (Fransa) – Qalatasaray (Türkiyə)