UEFA Çempionlar Liqası F qrupunda mübarizə aparan İspaniyanın "Barselona" klubu qrupdakı son qarşılaşmasında səfərdə İtaliyanın "İnter" klubu ilə üz-üzə gələcək.

Unikal.org xəbər verir ki, bu gecə Bakı vaxtı ilə saat 00.00-da başlayacaq matçda "Barsa"nın ulduz futbolçusu Lionel Messi iştirak etməyəcək.

Qeyd edək ki, 8 il ərzində ilk dəfədir ki, Messi Çempionlar Liqası oyunu üçün iştirak ərizəsinə salınmır.