Müsavat partiyası növbədənkənar parlament seçkilərində namizəd olacaq şəxslərin bir hissəsini müəyyən edib.

Unikal.org xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı bildirib. A. Hacılı qeyd edib ki, namizədlərin sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri ilə yanaşı digər şəxslər də var: “ Bu siyahıda professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar  da var. Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”,-deyə Arif Hacılı bəyan edib.
Arif Hacılı deyib ki, həftə sonunadək Azərbaycan parlamentində görmək istədikləri tərkibi, dairələr üzrə namizədlərin tam siyahısı elan edəcəklər.