ABŞ-ın  yeni müdafiə naziri Mark Esper Türkiyənin NATO-da uzaqlaşması və Rusiya ilə yaxınlaşmasının böyük problem yaradacağını deyib.

Unikal.org xəbər verir ki,  bunu nazir Təmsilçilər Məclisi Silahlı Qüvvətlər Komitəsinin iclası zamanı söyləyib: 

“Məncə, Beynəlxalq müdafiə strategiyamıza uyğun olaraq Rusiyaya qarşı çıxmağın əsas yolu NATO-dakı müttəfiqlərimiz vasitəsilə hərəkət etməliyik”.

Pentaqon rəhbəri Suriya və Türkiyə mövzusuna da toxunub:

“Məni ən çox Türkiyənin Rusiyaya  yaxınlaşması və NATO-dan uzaqlaşması narahat edir. Qarşımızdakı məqsəd Türkiyəni geri çağıra bilib, NATO-ya yaxınlaşdırmaqdır. Çünki onların əsas tərəfdaş olduğunu düşünürəm. 70 il ərzində bir olublar”. 

Gülayə Mecid