Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Bakı-Qazax yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində məktəblini “Hyundai” markalı avtomobil vurub.

Ağır xəsarət alan məktəbli rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib (apa). 

Fakt araşdırılır.