ABŞ Senatı 1915-ci il hadisələrini 'Erməni soyqırımı' olaraq xarakterizə edən qanun layihəsini qəbul edib. 

Unikal.org  Türkiyə mediasına istinadən xəbər verir ki,  dördüncü dəfə səsə qoyulan qanun layihəsini yekdilliklə qəbul olunub. 

Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib,  lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə  isə təsdiqlənib.Nyu-Cersi senatoru Bob Menendez bu xəbəri özünün  Twitter hesabında belə yazıb: “Erməni soyqırını tanımaq və anmaq qərarımız ABŞ Senatından yeni keçib”.