Bu gün gənclər və idman naziri Azad Rəhimov Biləsuvarda rayon vətəndaşlarnı  qəbul edib. Qəbulda 11 dən çox vətəndaş iştirak edib.  

Unikal.org xəbər verir ki, müraciətlər sırasına “Gənclər evi”nin müvafiq avadanlıqlarla təmin edilməsi, idman qurğularına idman avadanlığının verilməsi, yerlərdə təlim-məşq toplantısının keçirilməsi, iş ilə təmin oluna, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  daxil idi.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edildi, nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti   üzrə  göndəriləcəyi  bildirildi. Bir  qisim müraciət  isə  baxılması  üçün  icraya  yönəldildi.