Sabunçu rayonu ərazisindəki ofislərin birindən və uşaq əyləncə mərkəzindən pul oğurlayan şəxs saxlanıldı. 

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərin birindən 40.000 manat və bir uşaq əyləncə mərkəzindən də pul oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb.