Türkiyənin keçmiş Baş Naziri Ahmed Davudoğlu yeni partiyasını rəsmən açıqlayıb. 

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin “Posta” qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, o, dekabrın 13-də paytaxt Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın təqdimatı keçirilib. Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan 31-i qadındır.  “Bizim bir gələcəyimiz var” şüarlı partiyanın  bir hissəsi hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir.  

Partiyanın tanıdılması toplantısında çıxış edən sədr Ə.Davudoğlu deyib: 

“Yeni ümidlərlə birlikdə doğanlar da var, eyni illərdə geyiminə görə bütün gələcəyi qaralananlar da var. Üç nəsil olaraq indi bir aradayıq. Fərqli yaşlardayıq, amma hamımız gəncik, gənc qalacağıq. Biz fərqli etiqadlara mənsub bir cəmiyyətik, fərqli etnik mənşələrdən gəlmişik, lakin bu müqəddəs torpaqları vətən bilən cəmiyyətik. Hamımız bərabər və şərəfli Türkiyə Respublikası vatandaşlarıyıq. Dostlarımızla birlikdə tarixin və millətin önündəyik. Bütün təzyiqlərə və yaradılmağa çalışılan qorxu atmosferinə baxmayaraq ölkəmizin firavan gələcəyi üçün bir araya gəldik".

Qeyd edək ki, loqosunda yaşıl rəngli çinar yarpağı olan partiyanın təsisçiləri arasında keçmiş AKP-li millət vəkilləri – Səlcuk Özdağ, Ayxan Səfər Üstün, Feramuz Üstün, Abdullah Başçı, keçmiş nəqliyyat naziri Feridun Bilgin kimi siyasətçiləri göstərmək olar.