Bursada dəhşətli hadisə yaşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir sürücü aralarında mübahisə yaşandıqdan sonra döydüyü qadını hərəkət edərkən avtomobilindən atıb. Digər sürücülərin diqqətli davranması nəticəsində 26 yaşlı qadın başqa xəsarət almayıb. Əsəbləşən qadın ilk öncə jurnalistlərin avtomobilinə hücum edib, daha sonra isə reklam lövhələrinin arxasında gizlənərək ağlayıb. 

Polis şübhəli şəxsi axtarmaq üçün əməliyyatlara başlayıb.