Xaçmaz rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a  verilən məlumata görə, Mirzəmməd kənd sakini H.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək evindən 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elnur Quliyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini edərək, evdə heç kimin olmadığı vaxtda evə daxil olduğunu və zərərçəkmişə məxsus qızıl-zinət əşyaları oğurladığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yeni Həyat qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Ramin Qoçadze olduğu müəyyən edilib.

R.Qoçadze əvvəllərdə müxtəlif rayonlarda silsilə oğurluq etdiyinə görə dəfələrlə məhkum olunub.

Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.