Bakının Nərimanov rayonunda 50 yaşlarında bir qadın küçədə özünü xəstə kimi göstərərək həmin ərazidən keçən vətəndaşlara qarşı dələduzluq edir.

Bu barədə Unikal.org-a hadisə şahidləri məlumat verib. Şahidlərin bildirdiyinə görə, qadın vəziyyətimin pisləşdiyini, ona yaxınlaşan insanlara insult keçirdiyi və dərmana ehtiyacı olduğunu deyir.

"Qadına yaxınlaşıb, nə olduğunu soruşdum. Mənə bir dərman qutusunu göstərib, dedi ki, "insult keçirirəm bu dərmana ehtiyacım var. Amma bir az bahalı dərmandır, ala bilərsənmi?" Geymi də normal vəziyyətdə biridir. Heç də imkansız birinə bənzəmir. Qutunu götürüb aptekə getdim. Elə onun yaxınında dayandığı aptekə daxil olub, bir qadının insult keçirdiyini, bu dərmana ehtiyacı olduğunu söylədim. Bu zaman əczaçı mənə bu dərmanın sadəcə təzyiq dərmanı olduğunu, qiymətinin 20 manat olduğunu bildirdi.  Onlara buralarda xəstə olduğunu deyən bir qadın görmüsünüzmü? sualını verdim. Əczaçılar isə o qadının hər dəfə burada dayandığını və insanlar tərəfindən alınan dərmanı elə aptekə qaytarıb, pul alır sölədilər. Qayıdıb qutunu qadına verdim və o dərmanın bu aptekdə olmadığını dedim. Dələduz qadın ona yaxınlaşan başqa şəxslərə də həmin sözləri deyirdi. Hətta insanların təcili yardım çağırım təklifinə də  yox cavabı verirdi".

Elvin Rüstəmov