Bu gün Nepalda zəvvarların olduğu avtobus 500 metr yüksəklikdən dərəyə yuvarlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sindxupalçok rayonunda baş verib.

Qəza nəticəsində 13 nəfər ölüb, ondan çox insan yaralanıb. “Sinxua” agentliyi isə xəstəxanaya yerləşdirilən yaralılardan birinin öldüyü, bununla da ölənlərin sayının 14 nəfərə çatdığı, 16 nəfərin isə xəsarət aldığı barədə məlumat yayıb.

Avtobusda ümumilikdə 32 nəfər olub. Sürücü qəza yerindən qaçıb.