İstanbul şəhərində dəhşətli qəza hadisəsi olub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 30 yaşlı Əli Kəmər avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və 10 metrlik körpüdən aşağı düşüb. 

Avtomobildə sıxışıb qalan sürücünü xilasedicilər oradan çıxararaq xəstəxanaya yerləşdiriblər. Yaralı sürücü sərxoşluq testindən də keçirilib və onun spirtli içki qəbul etdiyi məlum olub.