Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Unikal.org  xəbər verir ki, günün ilk oyununda "Qəbələ" və "Sabah" klubları qarşılaşıblar.

Qəbələ şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb. "Qəbələ"nin heyətində Klesio Bauk və Ülvi İsgəndərov fərqləniblər. Klesio Bauk dubla imza atıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyunun 19-da Bakıda keçiriləcək.