Qubada yük maşını aşıb.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Unikal.org xəbər verir ki, qəza nəticəsində 35 yaşlı Rusiya vətəndaşı Aliyev Artur Aliyeviç ağır xəsarət alıb. Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən sürücüyə kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu qoyulub, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.