Türkiyə Super Liqasında XV turun oyunları davam edir.

Unikal.org xəbər verir ki, bu gün “Sivasspor” klubu öz meydanında “Fənərbağça”nı qəbul edib. Gərgin hücumlarla yadda qalan görüşdə “Fənərbağça” 3:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, meydan sahiblərinin qollarını Fernando Andrade, Emre Kilinç və Ziya Erdal vurub. İstanbul klubunun heyətində Deniz Türüç fərqlənib.