Mərsində bədbəxt hadisə yaşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, tarlasının yaxınlığında donuz görən Hüseyn Ərcan yaxınları ilə birlikdə onu ovlamaq qərarına gəlib. Ov zamanı ətrafından gələn güllələrin hədəfi olan 28 yaşlı adam ağır yaralanıb. O təcili yardımla xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə ilə bağlı 5 nəfər saxlanılıb.