Sosial şəbəkələrdə Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun maraqlı videosu yayılıb.

Unikal.org  xəbər verir ki, Hacıbala Abutalıbov videoda bir neçə ərəblə söhbət edir.O, bildirir ki, şeytanı doğru yola gətirmək lazımdır:

"Mən deyirəm ki, gəlin şeytanı qovmayaq. Şeytanı qovanda gedib, başqasının mələyinin yerində oturar. Gəlin, şeytanı mələyə çevirək və şeytanların sayını azaldaq. İldə 5 milyon adam Kəbəyə gedib, daşı atır ki, şeytanı qovuram. Mən onlara deyirəm ki, 5 milyon adam Kəbəyə gedirsiz. 5 dənə şeytanı mələyə çevirək, bəsdir. Bundan sonra şeytan qutardı. Əmin olun ki, ən azı bir şeytanı özüm mələk edəcəm".

Elvin Rüstəmov