Qusar rayonunda bir ailə dəm qazından zəhərlənib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Qalacıq kəndində baş verib.

Kənd sakinləri - 1987-ci il təvəllüdlü Şıxrəhimov Vaqif İslaməddin oğlu və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şıxrəhimova Ceyran Murad qızı dəm qazından zəhərlənib. Hər iki şəxs gecə saatlarında yaxınlarının köməkliyi ilə Qusar rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.