Müsavat Partiyası növbədənkənar parlament seçkiləri ilə bağlı namizəd siyahısını açıqlayıb.

Unikal.org xəbər verir ki, bu  barədə Müsavat Başqanı Arif  Hacılı bu gün keçirilən toplantıda məlumat verib. Müsavat başqanı bildirib ki, artıq 78 seçki dairəsi üzrə namizədlərini müəyyənləşdirib: “Artıq 81 namizədimiz müəyyənləşib. Bundan sonra da namizədlərimizin irəli sürülməsi prosesi davam edəcək. 17 saylı Yasamal seçki dairəsindən hələlik namizədimiz yoxdur. Özüm isə 15 saylı Yasamal seçki dairəsindən namizəd ola bilərəm”. 

Partiyanın namizəd siyahısından tanınmış simaları təqdim edirik:

İsa Qəmbər- 19 saylı Nərimanov  birinci seçki dairəsi 

Arzu Səmədbəyli - 8 saylı  Binəqədi birinci seçki dairəsi 

Nemət Kərimli- 9 saylı Binəqədi ikinci seçki dairəsi 

Gülağa Aslanlı- 10 saylı Binəqədi üçüncü seçki dairəsi

Səxavət Soltanlı- 11 saylı Qaradağ seçki dairəsi 

Elman Quliyev- 12 saylı Qaradağ- Binəqədi- Yasamal  seçki dairəsi 

Arif Hacılı- 15 saylı Yasamal seçki dairəsi 

Valeh Hümbətoğlu- 20 saylı Nərimanov seçki dairəsi

Nəsiman Yaqublu- 24 saylı Nizami seçki dairəsi

Fərəc Kərimli- 29 saylı Səbail seçki dairəsi

Misir Məhəmmədoğlu-30 saylı Suraxanı birinci seçki dairəsi

Mustafa Hacılı- 31 saylı Suraxanı ikinci seçki dairəsi

Nüşabə Sadıqlı- 33 saylı Xətai birinci seçki dairəsi

Könül Alı- 41 saylı Sumqayıt seçki dairəsi

İkram İsrafilov- 43 saylı Sumqayıt üçüncü seçki dairəsi