İngiltərə Premyer Liqasında 18-ci tura start verilib.

Unikal.org xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. Turun açılış oyununda baş məşqçi postuna Mikel Artetanı gətirən “Arsenal” “Everton”la qarşılaşıb. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

Turnir cədvəlinin 3-cü sırasında yer alan “Mançester Siti” bu turda 2-ci pillənin sahibi “Lester”i qəbul edib və qələbə qazanıb.

Turun mərkəzi görüşü Londonda keçiriləcək. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” doğma azarkeşləri qarşısında “Çelsi”nin müqavimətini qırmağa çalışacaq.

Bu tur keçirilməli olan “Vest Hem” – “Liverpul” matçı qonaqların Klublararası dünya çempionatında final oyunu olduğu üçün təxirə salınıb.

İngiltərə Premyer Liqası, 18-ci tur

21 dekabr

Everton – Arsenal 0:0

Aston Villa – Sauthempton 1:3
Qol
: Qriliş, 75 – İnqs, 21; 51. Stefens, 31.

Bornmut – Bernli 0:1
Qol
: Rodriqes, 89.

Brayton – Şeffild Yunayted 0:1
Qol
: Makbörni, 23.

Nyukasl – Kristal Pelas 1:0
Qol
: Almiron, 83.

Norviç – Vulverhempton 1:2
Qol
: Kentuell, 17 – Saiss, 60. R.Ximenes, 81.

Mançester Siti – Lester 3:1
Qol
: Mahrez, 30. İ.Gündoğan, 43-pen. Q.Xesus, 69 – Vardi, 22.

22 dekabr

18:00 Uotford – Mançester Yunayted
20:30 Tottenhem – Çelsi