Ekvadorun “LDU Kito” klubunun üzvü Edison Realpe vəfat edib.

Unikal.org xəbər verir ki, 23 yaşlı müdafiəçi avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə “LDU Kito” klubunun mətbuat xidməti məlumat yayıb.

2018-ci ilin yayında “LDU Kito”ya keçən mərhum futbolçu bu komanda ilə son mövsümdə Ekvador çempionu olmuşdu. Realpe iki dəfə də Ekvador millisinin gənclərdən ibarət komandasının formasını geyinib.